AZ

"Simpsonlar" serialının yaradıcısındannövbəti gələcək proqnozu

Yaponiya mədəni irsini və tarixi yerləri iqlim dəyişikliyindən, zəlzələlərdən və rütubətdən qorumaq üçün ən müasir 3D skan etmə texnologiyasını əsrlər boyu istifadə edilən ənənəvi ustalıqla birləşdirirək qorumağa qərar verib.

Kulis.az xəbər verir ki, ilk olaraq Fukuidəki Eiheiji məbədindən başlamağı və tarixi abidəni qabaqcıl lazer texnologiyasından istifadə edilməklə rəqəmsal şəkildə qorumağı planlaşdırır.

" T&I 3D" və "Shimizu" Korporasiyasının mütəxəssislərinin rəhbərlik etdiyi layihə gizli struktur detallarını əhatə edən, bərpa və dayanıqlılığın planlaşdırılmasına kömək edən tam virtual nüsxə olan “Rəqəmsal Əkiz” yaradır.

Qeyd edək ki, Kanazava qəsrində ustalar zəlzələdən zədələnmiş divarları düyü samanı və torpaqdan hazırlanmış ənənəvi Arakabe suvağı ilə bərpa edirlər. Mütəxəssislər rəqəmsal dəqiqlik və ənənəvi texnikanın birləşməsinin güclü bir həll təklif etdiyini söyləyirlər.

Seçilən
9
kulis.az

1Mənbələr