AZ

Lüksemburq millisinin hücumçusu "Neftçi"də

BAKI. 30 iyul. TELEQRAF

“Neftçi” növbəti futbolçu transferini həyata keçirib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, Lüksemburq millisinin hücumçusu Alessio Kurçi ilə 3 illik müqavilə bağlanılıb.

23 yaşlı forvardın sonuncu klubu “Francs Borains” (Belçika) olub. O, millinin heyətində 15 oyun keçirib, 1 qol vurub.

Seçilən
92
teleqraf.com

1Mənbələr