"Camp Nou" stadionunda ot örtüyünün döşənməsinə başlanılıb.
İdman.biz xəbər verir ki, "Barselona" klubu yenidən qurulmuş arenada növbəti mövsümün ilk ev oyununu keçirməyi planlaşdırır.
La Liqanın ilk üç matçını səfərdə keçirəcək Kataloniya təmsilçisi sentyabrın 14-də 4-cü turda "Valensiya"nı qəbul etməlidir.
"Barselona" artıq tikinti normalarına əsasən, "Camp Nou"nun istismara verilməsi ilə bağlı icazə alıb. İndi isə azarkeşlərin buraxılması üçün lisenziya almaq qalır.
İdman.biz