AZ

Pentaqon Rəhbəri İstefa Verməyi Planlaşdırır

BAKI,TurkicWorld

ABŞ Müdafiə naziri Pit Heqset 2026-cı ildə Tennessi ştatının qubernatoru vəzifəsinə namizədliyini irəli sürmək imkanını nəzərdən keçirir.

TurkicWorld xəbər verir ki, müdafiə naziri bu planları qapalı şəkildə müzakirə edib və siyasi karyeraya başlamaq ehtimalını nəzərdən keçirir.

Hələlik rəsmi qərar verilməsə də, belə bir addımın atılması halında Heqsetin ABŞ Müdafiə Nazirliyinin rəhbərliyindən istefa verməsi zəruri olacaq.

Lakin yayılan məlumatları Pentaqonun rəsmi nümayəndəsi Şon Parnell qətiyyətlə rədd edib.

Qeyd edək ki, 2024-cü ilin aprelində ABŞ Demokrat Partiyasının bir sıra nümayəndələri Heqsetin istefasını tələb edib. Səbəb isə onun Yəməndəki “Ənsar Allah” (Husilər) hərəkatına qarşı həyata keçirilmiş hava zərbələri ilə bağlı məxfi məlumatları şəxsi əlaqə qrupu vasitəsilə paylaşdığı iddiaları olmuşdu.

Hazırda Heqsetin siyasi gələcəyi ilə bağlı heç bir rəsmi qərar açıqlanmasa da, Tennessi ştatında Respublikaçılar Partiyası daxilində fəal hazırlıqların başladığı bildirilir.

Seçilən
63
turkic.world

1Mənbələr