Polşada hüquq-mühafizə orqanlarının əməkdaşları yanğın törətmək üçün Rusiya xüsusi xidmət orqanları tərəfindən işə götürülən kolumbiyalını saxlayıb. O, Varşava və Radomda cinayətlər törədib.
Bu barədə Polşa Daxili Təhlükəsizlik Agentliyinin (ABW) mətbuat xidməti xəbər verir.
Agentliyin əməkdaşları müəyyən ediblər ki, Rusiya kəşfiyyatının əmri ilə hərəkət edən 27 yaşlı kolumbiyalı 2024-cü ilin mayında Varşava və Radomda baş vermiş iki yanğına görə məsuliyyət daşıyır. Hər iki halda tikinti anbarları yandırılıb.
"Bu hərəkətlər Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli şəxs tərəfindən sifariş, nəzarət və maliyyələşdirilib. Şübhəli şəxs hücumun məqsədi və onun icrası, o cümlədən "Molotov kokteyli"nin hazırlanması və xüsusi avtomobilin istifadəsi ilə bağlı ətraflı təlimat alıb", - ABW məlumat yayıb.
Kolumbiyalı terror aktı törətməkdə ittiham olunub. Onu 10 il ömürlük həbs cəzası gözləyir.
Dindirilmə zamanı saxlanılan Kolumbiya vətəndaşı törətdiyi cinayəti qismən etiraf edib və ifadə verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həmçinin müəyyən ediblər ki, Rusiya xidmətləri “Telegram” messencerindən istifadə edərək, sistemli şəkildə və geniş miqyasda Latın Amerikası mənşəli hərbi təcrübəyə malik şəxsləri qeyd olunan yerlərdə kəşfiyyat aparmaq, obyektləri yandırmaq və sənədlərə ziyan vurmaq üçün cəlb edib.
Əziz Mustafa