Bakı.Trend:
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və AvstriyaAzərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı, “Azərbaycan HavaYolları” (AZAL) QSC, “Azərlotereya” ASC və Azərbaycan DiasporunaDəstək Fondunun tərəfdaşlığı ilə tələbə şəhid övladları üçünAvstriyanın Zalsburq və Vyana şəhərlərində keçirilən “ƏmanətəSədaqət” Yay Düşərgəsi davam etməkdədir.
Düşərgədə yerli və xarici universitetlərdə təhsil alan və yüksəkakademik göstəricilərə malik 22 şəhid övladı iştirak edirlər.
Düşərgənin ilk günündə Zalsburq Azərbaycan Evində düşərgəninaçılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən “Zəfər”Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova“Əmanətə Sədaqət” layihəsi çərçivəsində hər il həyata keçirilən budüşərgələrin layihənin şəhid övladlarının şəxsi və peşəkarinkişafına töhfə verən mühüm təşəbbüs olduğunu vurğulayıb. Dahasonra çıxış edən Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbəriFərid Əzizov isə qəhrəman şəhidlərimizin övladlarını Avstriyadaqarşılamaqdan böyük qürur duyduqlarını bildirib.
Açılış mərasimində Avstriya və Sloveniyada yaşayan Azərbaycandiasporunun fəal üzvləri, eləcə də Avstriyada fəaliyyət göstərənTürkiyə diasporunun nümayəndələri iştirak ediblər.
Günün ikinci yarısında peşəkar təlimçi Emir Turan tərəfindəniştirakçılar üçün “Motivasiya” mövzusunda təlim keçirilib. Təliminteraktiv formatda təşkil olunub və gənclər tərəfindən böyükmaraqla qarşılanıb.
Düşərgənin ikinci günündə iştirakçılar YUNESKO-nun ÜmumdünyaMədəni İrsi siyahısına daxil olan Hallştadt qəsəbəsini ziyarətedərək buradakı mədəni abidələrlə tanış olublar. Daha sonraiştirakçılar üçün Zalsburqda yerləşən Mirabell sarayına və Salzachçayı sahilinə ekskursiya təşkil olunub.
Qeyd edək ki, 28 iyul – 2 avqust 2025-ci il tarixlərindəkeçiriləcək düşərgə ərzində iştirakçılar karyera planlaması, şəxsiinkişaf, liderlik və motivasiya mövzularında peşəkar təlimlərəqatılacaq, həmçinin Avstriya mədəniyyətini yaxından tanıyacaq vətarixi bölgələrə maarifləndirici səfərlər edəcəklər.