Tramp administrasiyası ticarət razılaşması danışıqları və Çin sədri Si Szinpinlə mümkün zirvə görüşü fonunda gərginliyin artmasının qarşısını almaq məqsədilə Çinə bir sıra böyük güzəştə gedib.
Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” mənbələrinə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, Pekinin tələbinə uyğun olaraq, Vaşinqton nəinki Tayvanın müdafiə naziri Qu Lisyunun iyundakı səfərini təxirə salıb, həm də Tayvan administrasiyasının rəhbəri Lay Tsindenin avqustda ABŞ-a planlaşdırdığı səfərini ləğv edib.
Qeyd edək ki, Tayvan lideri Latın Amerikasına işgüzar səfəri zamanı Nyu-York və Dallasda qalmağı planlaşdırırdı.