Sea Breeze

Energetika Nazirliyi elektromobillik strategiyası hazırlayıb.

“Report”un məlumatına görə, bunu nazirlik yanında Dövlət Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bildirib.

“Hazırda strategiya hökumətin müzakirəsindədir”, – o qeyd edib.

C.Abdullayev, həmçinin vurğulayıb ki, 2027-ci ilin sonuna qədər Azərbaycanda bərpa olunan enerji sahəsində quraşdırılmış güc 2 min meqavata qədər artacaq: “Bərpa olunan enerji sahəsində işlərin birinci mərhələsi 2027-ci ildə başa çatacaq. İkinci mərhələnin 2030-cu ilə qədər başa çatdırılması planlaşdırılır”.

ETX
ETX
ETX