AZ

Azərbaycanda müsabiqə əsaslı satınalmalar hesabına qənaət 39%-ə yaxın artıb

Bu ilin I yarısında müsabiqə əsaslı satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilən məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 38,6 % artaraq 329 milyon manata çatıb.

“Report” xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

"Qənaət məbləği dövlətsatınalmaları sahəsində maliyyə səmərəliliyinin və rəqabət qabiliyyətinin əsas göstəricilərindən biri olmaqla, təsdiq edilmiş müsabiqə əsaslı satınalmalar üzrə ehtimal olunan qiymətlərlə həmin satınalmalarda qalib gəlmiş təchizatçıların təklif etdiyi qiymətlər arasındakı fərq hesabına formalaşır", - deyə məlumatda qeyd olunub.

Seçilən
66
2
report.az

3Mənbələr