Bakı. Trend:
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəddəstəsinin xidməti ərazisində İran İslam RespublikasındanAzərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulmasıhalının qarşısı alınıb.
Trend xəbərverir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilir ki, keçirilmiş sərhəd axtarışı və əməliyyattədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 17 kiloqram450 qram narkotik vasitə (11 kq 450 qram marixuana, 6 kqhəşiş) və 4950 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkarolunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.