AZ

SON DƏQİQƏ! Bu şəhər boşaldılır - Sakinlər təxliyə edilir - ŞOK

Xəbər verdiyimiz kimi, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, Rusiyanın şərqindəki Kamçatka yarımadası yaxınlığında 8,8 bal gücündə çox güclü zəlzələ baş verib. Rusiyada 1952-ci ildən bəri baş verən ən böyük zəlzələdən sonra sunami dalğaları yaranıb.

Turkustan.az xəbər verir ki, Sakit okeanda baş verən nəhəng təkan təkcə Asiyanı deyil, Amerika qitəsini də təşvişə salıb.

ABŞ Federal Fövqəladə Halların İdarə Olunması Agentliyi (FEMA) bəyan edib ki, Sakit okeanda baş verən güclü zəlzələdən sonra sunami təhlükəsi ciddi ölçülərə çata bilər. Xüsusilə Havayda sahilyanı ərazilərin dərhal boşaldılması əmri verilib.

balinalarrjpg-pbiwyDn-qEGPlVf4gp.jpg

ABŞ-ın Sunami Xəbərdarlığı Sisteminə görə, tremordan sonra 3 saat ərzində təhlükəli dalğalar yarana bilər. Xəbərdarlıqlardan sonra Quam və Şimali Mariana adalarında sunami müşahidə sistemi işə salınıb. Qısa müddət ərzində hündürlüyü 4 metrə çatan ilk sunami dalğaları Kamçatka sahillərini vurub.

Region qubernatoru Kamçatkada çox sayda yaralının olduğunu açıqlayıb. Bir uşaq bağçasına ciddi ziyan dəydiyi bildirilib. 2 min əhalisi olan Severo-Kurilsk şəhəri təcili olaraq boşaldılıb. Qubernator insanları dərhal sahildən uzaqlaşmağa çağırıb və sunami təhlükəsinin davam etdiyini bildirib.

Zəlzələnin təsiri Yaponiya sahillərində də dərindən hiss olunub. Hökumət sunami xəbərdarlığından sonra sahil zolağında yaşayan sakinlərin təxliyəsi barədə göstəriş verib.

rusyadaki-88lik-depremde-neler-y.jpg

İnsanlar hündürmərtəbəli binaların damlarına çıxıb, Fukusima Atom Elektrik Stansiyasında işçilərin təxliyəsi başlayıb. Xatırladaq ki, Fukusima 2011-ci ildə baş verən 9.0 bal gücündə zəlzələ və ondan sonrakı nüvə böhranı ilə gündəmə gəlmişdi.

Zəlzələ təkcə Asiya sahillərini deyil, ABŞ-ın Sakit Okeanla həmsərhəd ştatlarını da təşvişə salıb. Federal Fövqəladə Halların İdarə Olunması Agentliyi (FEMA) Havay çimərliklərinə gələnləri dərhal təhlükəsiz ərazilərə təxliyə etməyə çağırıb. Kaliforniya, Oreqon və Vaşinqton ştatlarında da sunami xəbərdarlığı edilib.

ABŞ prezidenti Donald Tramp sosial media hesabında qeyd edib: "Sakit okeanda baş verən güclü zəlzələdən sonra Havay adaları üçün sunami xəbərdarlığı qüvvədədir. Yaponiya da risk altında olan bölgələr arasındadır".

Musavat.com

/musavat.com/

Seçilən
21
2
turkustan.az

3Mənbələr