AZ

Bəxtiyar Aslanbəyli: Layihə enerji sektorunda ixtisaslı işçi qüvvəsinin formalaşmasına töhfə verəcək

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bərpa olunan enerji sahəsində həyata keçirilən peşə təhsili layihəsinin əhəmiyyətini vurğulayıb.

Operativ Media xəbər verir ki, o, bu haqda Bərpa olunan enerji qurğu və avadanlıqlarının istismarı üzrə Mükəmməlllik Mərkəzi və emalatxanalarının açılış mərasimində danışıb.

O bildirib ki, Azərbaycanın peşə təhsili sistemi və bərpa olunan enerji sektoru üçün uzunmüddətli töhfələr verəcək bir layihəni uğurla başa çatdırmaqdan məmnundurlar:

“Azərbaycanın peşə təhsili sistemi və bərpa olunan enerji sektoru üçün uzunmüddətli töhfələr verəcək bir layihəni uğurla başa çatdırmaqdan çox məmnunuq. İnanırıq ki, bu layihə tələbələrə bərpa olunan enerji texnologiyaları sahəsində praktiki bacarıqlar qazandıracaq, müəllimlərə isə tədrisin inkişafı üçün zəruri resurslar təqdim edəcək. Qazanılmış bilik və bacarıqlar, ölkə mütəxəssislərinin regionda dayanıqlı inkişafın və ekoloji enerji transformasiyasının əsas aktorlarına çevrilməsinə yardım edəcək və enerji sektorunda ixtisaslı işçi qüvvəsinin formalaşmasına töhfə verəcək.”

Seçilən
9
operativmedia.az

1Mənbələr