AZ

"Zirə"nin rəqibi ulduz futbolçu ilə anlaşdı - İldə bu qədər maaş verəcək

Xorvatiya millisinin sabiq üzvü Ante Rebiç "Zirə"Nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Hayduk"la anlaşıb.

Fanat.Az xəbər verir ki, informasiyanı italiyalı insayder Lorentso Lepore yayıb.
 
Mənbənin çəlumata görə, ulduz futbolçu bu gün "Hayduk" ilə müqavilə imzalayaraq komandaya qoşulacaq. 31 yaşlı futbolçu yeni klubunda ildə 450 min avro qazanacaq. Komanda titul qazanacağı təqdirdə o, bonus da ala bilər. Rebiçin iki illik müqavilə imzalayacağı bildirilir. Təcrübəli yarımmüdafiəçi azad agent olduğu üçün Split təmsilçisinə təzminatsız keçir.

Rebiç İtaliyanın "Lecce" klubundan iyunun 30-da ayrılıb. Keçən mövsüm o, bütün yarışlarda 28 oyuna çıxıb və 1 qol vurub. O, karyerası ərzində “Ayntraxt Frankfurt" (Almaniya), “Milan”, “Beşiktaş” kimi klubların formasını geyinib.

Xatırladaq ki, "Zirə" Split klubu ilə cavab oyununu cümə axşamı, saat 23:00-da "Poljud"da keçirəcək. Tərəflər arasındakı  ilk oyunda heç-heçə qeydə alınıb – 1:1. 
 

Seçilən
2
fanat.az

1Mənbələr