AZ

Tailand yenidən Kambocanı atəşkəsi pozmaqda ittiham edib

Tailandın Xarici İşlər Nazirliyi Kamboca Silahlı Qüvvələrinin sərhəddə atəşkəs rejimini növbəti dəfə pozduğunu bildirib...

Poliqon xəbər verir ki, müvafiq bəyanat XİN-in saytında yerləşdirilib.

"2025-ci il iyulun 29-da axşam saatlarında, Tailand və Kamboca arasında atəşkəs razılaşmasının əldə olunmasından 24 saat keçməmiş Phu Makuadakı (Sisaket əyaləti) Tayland ordusunun mövqeləri Kamboca hərbçiləri tərəfindən atıcı silahlardan və qumbaraatanlardan istifadə etməklə hücuma məruz qalıb. Hücum iyulun 30-u səhərə qədər davam edib".

Açıqlamada qeyd edilir ki, belə bir “təcavüz aktı” Kamboca Silahlı Qüvvələri tərəfindən atəşkəs sazişinin daha bir kobud şəkildə pozulmasını təşkil edir. Tailand Kambocanı hücumları dərhal dayandırmağa və əvvəllər əldə edilmiş razılaşmalara tam əməl etməyə qayıtmağa çağırır.

Toqquşmalar iyulun 24-də səhər saatlarında Kamboca-Tayland sərhədində, Oddar Myeonq əyalətindəki mübahisəli sərhəd bölgəsi yaxınlığında baş verib. Tailand ordusu ağır silahlardan istifadə etmələrinə cavab olaraq Kambocanın mövqelərinə zərbələr endirmək üçün döyüş təyyarələrindən istifadə etdiyini bildirib. Kamboca hərbçiləri ordunun Tailandın müdaxiləsinə cavab olaraq özünümüdafiə üçün hərəkət etdiyini bildirib.

Poliqon.info 

Seçilən
16
1
poliqon.info

2Mənbələr