AZ

Bu ölkə "YouTube"a da qadağa qoydu

Avstraliya hökuməti 16 yaşdan kiçik uşaqlara yönəlmiş və dünyada bir ilk olacaq sosial media qadağasına "YouTube" platformasını da daxil edib. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, əvvəllər platformanın bu qadağadan azad ediləcəyi bildirilmişdi, lakin belə olmayıb.

Qanuna əsasən, dekabr ayından etibarən "TikTok", "Instagram", "Facebook", "X" və "Snapchat" ilə yanaşı "YouTube"da da hesab açmaq qadağan olunacaq.

Gənclər "YouTube" videolarına baxmağa davam edə biləcəklər, lakin kontent yükləmək və ya platforma ilə qarşılıqlı əlaqə qurmaq üçün lazım olan hesabları istifadə edə bilməyəcəklər.

Seçilən
24
operativmm.az

1Mənbələr