Rumıniya Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə yayılan və baş nazir İlie Bolojanın bu ilin sentyabrında ölkənin Ukraynada hərbi əməliyyatlara girəcəyini elan etdiyi iddia olunan videonu saxta adlandırıb...
Poliqon xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Facebook səhifəsində yerləşdirilən məlumatda deyilir.
Nazirlik süni intellekt texnologiyalarından istifadə etməklə yaradılmış saxta videoların yayılmasını "xüsusi kampaniya" adlandırıb:
"Bu videolar saxtadır və ictimai rəyi manipulyasiya etmək üçün məqsədyönlü kampaniyanın bir hissəsidir. Rumıniyanın baş naziri belə bəyanatlar verməyib və Rumıniya müharibəyə girmir".
Daxili İşlər Nazirliyi vətəndaşları ayıq-sayıq olmağa, məlumat mənbələrini diqqətlə yoxlamağa, yoxlanılmamış materialları yaymaqdan çəkinməyə çağırıb.
Poliqon.info