ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli üçün Rusiyaya qarşı strategiyasının işə yarayacağına əmin deyil...
Poliqon xəbər verir ki, bu barədə The New York Times (NYT) nəşri xəbər verib.
“Çərşənbə axşamı günü prezident Tramp Rusiyanı Ukraynadakı müharibəyə görə maliyyə sanksiyaları ilə hədələdikdən sonra strategiyanın ümumiyyətlə işləyəcəyinə əmin deyildi”, nəşrin müəllifləri yazıb.
Qeyd olunur ki, Tramp dəfələrlə Rusiyanı Ukraynadakı hücumlara görə cəzalandırmaqla hədələyib, lakin hələlik bunu etməyib.
Poliqon.info