AZ

Roskosmos və NASA rəhbərləri arasında danışıqlar mövzusu məlum olub

Roskosmos-un baş direktoru Dmitri Bakanov və NASA-nın müvəqqəti administratoru Şon Daffi arasında danışıqlar iyulun 31-nə planlaşdırılıb. Onlar ilk növbədə Beynəlxalq Kosmik Stansiyanın (BKS) istismardan çıxarılmasına yönələcəklər...

Poliqon xəbər verir ki, bu barədə RİA Novosti-yə kosmik agentliyin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Stiven Siselof məlumat verib.

Onun sözlərinə görə, RusiyaABŞ uzun illərdir ki, ISS-də hər gün sıx əməkdaşlıq edir və işləyirlər. Siselof xatırladıb ki, hazırda stansiyanın tarixində mühüm bir məqam – 25 illik yubileyi gəlib çatıb.

"Biz bilirik ki, 2030-cu ildə o (BKS) istismardan çıxarılacaq, ona görə də hər şeyin hazır olduğundan əmin olmalıyıq. Bunun üçün daha beş il vaxtımız var. Deməli, bu səviyyədə hər zaman danışılacaq bir şey var", o deyib.

Poliqon.info 

Seçilən
56
poliqon.info

1Mənbələr