Mərhum aktyor Azər Baxşəliyevin süni intellekt vasitəsilə videosu hazırlanıb.
Yenisabah.az xəbər verir ki, "Sınıq pəncərə" mahnısı ilə hazırlanan videoda Azərin ağ geyimdə görüntüləri əks olunub.
Sözügedən videonu aktyor Ramil Babayev sosial media hesabında paylaşaraq bildirib ki, Azərin yoxluğu ilə barışmaq mümkün deyil: Dördpendirli pizza
“Bəziləri bu dünyadan gedəndə sadəcə yox olmur… Onlar yaddaşımıza iz, ürəyimizə yara qoyub gedirlər. Azər, sənin yoxluğunla barışmaq mümkün deyil, amma varlığının buraxdığı işıqla yaşamağa çalışırıq. Səninlə gülüşlərimizi, səmimiyyətini, saf qəlbini heç vaxt unutmayacağıq. Ruhun şad, məkanın cənnət olsun, əziz dost…”.
Qeyd edək ki, video Azər Baxşəliyevin aktyor dostları tərəfindən hazırlanıb.
Aydan Hacı
Telegram kanalımız