AZ

Ərəb ölkələri HƏMAS-ın Qəzzanı tərk etməsini tələb edir

Qətər, Səudiyyə Ərəbistanı, Misir və bir sıra digər ərəb dövlətləri HƏMAS-ın tərksilah edilməsi və Qəzzada hakimiyyətinə son qoyulması tələbi ilə bağlı bəyannamə imzalayıb. Sənəd BMT-nin iki dövlətin – İsrail və Fələstinin yaradılması prosesinin bərpasına həsr olunmuş konfransında razılaşdırılıb.

Ümumilikdə Fransa, Böyük Britaniya, Kanada, həmçinin Avropa İttifaqı və Ərəb Dövlətləri Liqası da daxil olmaqla 17 ölkənin nümayəndələri bəyanat imzalayıb.

Mətndə deyilir: “Qəzzada müharibənin dayandırılması kontekstində HƏMAS öz hakimiyyətinə son qoymalı və beynəlxalq dəstəklə silahlarını Fələstin Muxtariyyətinə təhvil verməlidir. Bu, suveren və müstəqil Fələstin dövlətinin yaradılması məqsədinə uyğundur”.

Sənəddə həmçinin HƏMAS-ın 2023-cü il oktyabrın 7-də hazırkı münaqişəyə səbəb olan İsrailə hücumları pislənir.

Fransanın xarici işlər naziri Jan-Noel Barrot qəbul edilmiş bəyannaməni “tarixi və görünməmiş” adlandırıb.

“Ərəb və Yaxın Şərq ölkələri ilk dəfə olaraq HƏMAS-ı pisləyir, 7 oktyabr hadisələrini pisləyir, onu tərksilah etməyə, Fələstin idarəçiliyindən kənarda saxlamağa çağırır və gələcəkdə İsraillə münasibətləri normallaşdırmaq niyyətlərini açıq şəkildə ifadə edirlər.

Sənədin müddəalarına hərbi əməliyyatlar dayandırıldıqdan sonra Qəzzada beynəlxalq sabitləşdirmə missiyasının yerləşdirilməsi imkanları da var. Bu missiya Fələstin Administrasiyasının dəvəti ilə, BMT-nin himayəsi altında və BMT Təhlükəsizlik Şurasının mandatı ilə göndərilməlidir.

İsrail və ABŞ konfransda iştirak etməyib.

Seçilən
1
moderator.az

1Mənbələr