Rusiya Hərbi Kosmik Qüvvələri Ukraynanın Çerniqov vilayətinə “İsgəndər-M” raketləri vasitəsilə zərbələr endirib.
Adalet.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, hədəfdə Ukrayna ordusunun 169-cu dislokasiya düşərgəsi olub. Raket hücumu nəticəsində xeyli sayda ölü və yaralının olduğu qeyd edilib.
Ukrayanın UNİAN İnformasiya Agentliyi də məlumatı təsdiqləyib.
Qeyd edək ki, “İsgəndər-M” raketləri 500 kilometrlik məsafədəki hədəfi zərərsizləşdirmək qabliliyyətinə malikdir.