AZ

Rusiya Ukrayna ordusunun təlim düşərgəsinə "İskəndər"lə zərbə endirib

Rusiya Hərbi Kosmik Qüvvələri Ukraynanın Çerniqov vilayətinə “İsgəndər-M” raketləri vasitəsilə zərbələr endirib.

Xezerxeber.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, hədəfdə Ukrayna ordusunun 169-cu dislokasiya düşərgəsi olub. Nazirliyin iddiasına görə, endirilən zərbə nəticəsində Ukrayna Silahlı Qüvvələri yaralılar da daxil olmaqla 200 nəfərə yaxın itki verib.

Qeyd edək ki, “İsgəndər-M” raketləri 500 kilometrlik məsafədəki hədəfi zərərsizləşdirmək qabliliyyətinə malikdir.

Seçilən
4
xezerxeber.az

1Mənbələr