AZ

Qonşu ölkədə ​8,7 ballıq zəlzələ oldu

10:58 30.07.2025
10:58 30.07.2025

Rusiyanın Kamçatka yarımadasından 140 km uzaqlıqda, Severo-Kurilsk şəhərində 8,7 bal gücündə zəlzələ qeydə alınıb.

Mynews.az Rusiya KİV-nə istinadən xəbər verir ki, yeraltı təkan 19 km dərinlikdə baş verib. Sunami təhlükəsi elan edilib, sakinlər təxliyə edilib.

Bakı vaxtı ilə 03:24-də baş verən zəlzələ nəticəsində 50-dən çox yeraltı təkan qeydə alınıb, onların bəziləri hiss olunub.

Rusiyanın Şərqində baş vermiş güclü zəlzələdən sonra ABŞ-ın Alyaska ştatında, Havay adalarında və ölkənin qərb sahillərində də sunami xəbərdarlığı edilib.

Qeyd edək ki, bu, Rusiyada 1952-ci ildən bəri baş vermiş ən güclü zəlzələ hesab olunur.


Seçilən
7
1
mynews.az

10Mənbələr