O, Niko Kovaçın “Borussiya”dakı gələcəyi haqda da danışıb:
“Bizim futbolun zəngin tarixə malik olması heç kimə sirr deyil. Bizim hər zaman çətin məqamlarda birləşməyi bacaran, möhkəm və yığcam komandamız olub. Düzdü, ayrı-ayrılıqda da dahi futbolçulara malik olmuşuq. Amma komanda kimi biz əsl maşına bənzəyirdik. İndi isə ən yaxşı halda maşıncığa bənzəyirik! Biz innovasiyalarla ənənələr arasında balans tapa bilmədik. Öna görə də özümüzə məxsus əlamətləri, DNT-mizi itirdik. Bəzən özümə sual verirəm ki, bu gün Almaniya futbolu hansı səviyyədədi? Təəssüf ki, bu suala dəqiq cavab verə bilmirəm. AÇ-2024-də 1/4 finala qədər irəliləməyimiz futbol ictimaiyyətinə böyük uğur kimi təqdim olundu. Halbuki tariximizi nəzərə aldıqda bu, elə də möhtəşəm nəticə deyil. Biz artıq normal nəticəni dünya səviyyəli bir uğur kimi qələmə verməkdən əl çəkməliyik. İnsanlarda inamsızlıq yaradacaq deyə uğursuzluğu müzakirəyə çıxarmaqdan çəkinməməliyik. Avropa çempionatından sonra aparılan təhlil diqqətimi çəkdi. Komandamızın nəticələri “çox pozitiv” kimi qələmə verildi. Halbuki standartlarımızı nəzərə aldıqda öz meydanımızdakı bir turnirdə 1/4 finala qədər irəliləmək böyük nəticə deyil. Niko Kovaç çox ağıllı məşqçidi və klubumuzda qısa müddət ərzində mühüm işlər gördü. O gələndən sonra komanda şəklində daha yaxşı oynamağa başladıq. Məhsuldarlığımız artdı və buraxılan qolların sayı əhəmiyyətli dərəcədə azaldı. Sözsüz, onunla uzunmüddətli müqavilə imzalamağımız mümkündü. Belə çətin mövsümdə ÇL-ə vəsiqə qazanmağımız əla oldu. Amma digər tərəfdən, bu, bizim üçün böyük uğur deyil. “Borussiya”nın hədəfi 4-cü pilləni tutmaq olmamalıdı”.