Polşada təlim-məşq toplanışında olan “Neftçi” heyətinə yeni futbolçu cəlb edib. Msport.az xəbər verir ki, “ağ-qaralar” Lüksemburq millisinin üzvü Alessio Kurçi ilə anlaşıb.
23 yaşlı hücumçu ilə müqavilənin müddəti 3 illikdir.
Forvardın son klubu “Francs Borains” (Belçika) olub. O, buna qədər Almaniyada “Maynts”ın II komandasında çıxış edib.
Kurçi Lüksemburq millisində 15 oyunda 1 qol vurub.