AZ

Sərdar Cəlaloğlu məhkəməyə verildi


Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu məhkəməyə verilib.

Yeniavaz.com Modern.az-a istinadən xəbər verir ki, buna səbəb onun "YouTube" kanalında yayımlanan verilişdə səsləndirdiyi fikirlər olub.
O, ötən ilin əvvəlində yayımlanan verilişdə Kəramət adlı həmkəndlisi barədə fikirlər səsləndirib.
"3-4 aydı kiminsə sifarişilə sosial şəbəkələrdə məni söyür, təhqir edir. Kişi öz düşməninə o sözləri utanar istifadə eləməyə, erməniyə qarşı o sözləri deməz, sosial şəbəkədə məni o cürə söyür təhqir edir", - Sərdar Cəlaloğlu deyib.
Həmkəndlisi məhkəməyə müraciət edərək partiya sədrinin onun şərəf va ləyaqətini qəsdən nalayiq formada alçaltdığını ve qəsdən böhtan atdığını bildirib.
Seçilən
29
13
yeniavaz.com

10Mənbələr