TBİLİSİ, 30 iyul. TELEQRAF
Gürcüstanda son günlər həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 36 nəfər əcnəbi ölkədən çıxarılıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Qanuni əsas olmadan Gürcüstanda yaşayan həmin şəxslər Azərbaycan, Banqladeş, Belarus, Misir, Türkiyə, Türkmənistan, Hindistan, İordaniya, İran, Nepal, Nigeriya, Pakistan, Rusiya, Filippin və Çin vətəndaşlarıdır. Yerli qanunvericiliyinə uyğun olaraq əcnəbilərin Gürcüstana girişi qadağan edilib.
DİN-nin məlumatında qeyd olunub ki, iyul ayında 115 əcnəbi, bu ilin ilk yeddi ayı ərzində isə Gürcüstandan ümumilikdə 640 əcnəbi deportasiyaya məruz qalıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 233% çoxdur.