Bakı, 30 iyul, AZƏRTAC
2025/2026-cı illər mövsümü üçün heyət çalışmalarını davam etdirən "Neftçi" yeni futbolçu transfer edib.
Klubdan AZƏRTAC-a bildirilib ki, Lüksemburq millisinin hücumçusu Alessio Kurçi heyətə cəlb olunub.
23 yaşlı forvardla 3 illik müqavilə imzalanıb.
Futbola vətənində başlayıb Almaniyada davam edən Kurçinin sonuncu klubu Belçika təmsilçisi “Franks Borayns” olub. O, Lüksemburq yığmasının heyətində 15 oyunda 1 qol vurub.