Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və quruculuq işlərinin, "Böyük Qayıdış"ın gedişatının daha geniş ictimaiyyətə çatdırılması məqsədilə "Qarabağda Həyat" adlı yeni rəqəmsal platforma fəaliyyətə başlayıb.
Operativ Media xəbər verir ki, platformanın əsas məqsədi Qarabağ bölgəsində həyatın yenidən canlanmasını, infrastruktur layihələrinin icrasını, sosial və iqtisadi inkişafı əks etdirmək, bu ərazilərdə baş verən yenilikləri cəmiyyətə təqdim etməkdir.
Eyni zamanda, "Qarabağda Həyat" platforması interaktiv xarakter daşıyır. Buraya səfər edən vətəndaşlar, jurnalistlər, könüllülər və bölgədə yaşayan sakinlər öz çəkdikləri foto və videoları göndərməklə, Qarabağda baş verən real həyatı birbaşa ictimailəşdirə bilərlər.
Sözügedən səhifələrə buradan keçid edə bilərsiniz.