AZ

Rusiya hərbçiləri Ukrayna quru qüvvələrinin təlim bölməsinə raket zərbəsi endirib

Vətəninfo.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının məlumatına görə, iyulun 29-da düşmən Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının təlim bölmələrindən birinin ərazisinə raket zərbəsi endirib. Görülən təhlükəsizlik tədbirlərinə baxmayaraq, təəssüf ki, şəxsi heyət arasında itkilərin qarşısını tam almaq mümkün olmayıb. Saat 21:30-a olan məlumata görə, üç ölü və 18 yaralı hərbçi məlumdur.

Hadisə ilə bağlı araşdırmanı Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hüquq-Mühafizə Xidmətinin rəhbərinin rəhbərlik etdiyi komissiya aparır.

Rusiya hərbçiləri Ukrayna quru qoşunlarının təlim bölməsinə raket zərbəsi endirilməsi ilə bağlı açıqlama verməyib.

Seçilən
16
veteninfo.az

1Mənbələr