AZ

Ermənistan və İsveç kibertəhlükəsizlik və enerji sahəsində əməkdaşlığı genişləndirir – ÖZƏL

Ermənistan Respublikasının xarici işlər nazirinin müavini Vaan Kostanyan Nyu-Yorka işgüzar səfəri çərçivəsində İsveç Krallığının xarici işlər üzrə dövlət katibi Daq Hartelius ilə görüşüb.

Olaylar.az xəbər verir ki, Ermənistan XİN-in mətbuat xidmətinin verdiyi məlumata görə, tərəflər Ermənistan ilə İsveç arasında ümumi dəyərlər və demokratiyaya əsaslanan ikitərəfli münasibətlərin dinamik inkişafını məmnunluqla qeyd ediblər. Kibertəhlükəsizlik, dezinformasiyaya qarşı mübarizə və nüvə energetikası sahələri də daxil olmaqla qarşılıqlı maraq doğuran bir sıra istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinə hazır olduqları bildirilib.

Nazir müavini Vaan Kostanyan Ermənistan-Avropa İttifaqı əməkdaşlığının cari vəziyyəti barədə qarşı tərəfi məlumatlandıraraq, Ermənistan hökumətinin Aİ ilə münasibətlərin dərinləşdirilməsinə hazır olduğunu vurğulayıb. Bu kontekstdə Ermənistan-NB8 (Şimali Avropa və Baltik ölkələri) formatında dialoqun əhəmiyyəti qeyd olunub.

Görüş zamanı həmçinin regional və beynəlxalq məsələlər müzakirə olunub. Kostanyan Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesindəki son vəziyyət barədə məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
olaylar.az

1Mənbələr