AZ

"Fenerbahçe" "REAL Madrid"in oyunçusunu İSTƏYİR

Fenerbahçe transfer çalışmalarında böyük bir addım atmağa hazırlaşır. Klubun baş məşqçisi Jose Mourinho, Real Madrid-in ulduz futbolçusu David Alabanı heyətində görmək istəyir.

News24.az xəbər verir ki, İspaniyanın Defensa Central nəşrinin xəbərinə görə, Fenerbahçe 33 yaşlı müdafiəçi üçün hərəkətə keçib. Alaba həm stoper, həm də sol cinah müdafiəçisi kimi çıxış edə bilir və Real Madrid ilə 1 illik müqaviləsi qalıb. Futbolçunun hazırkı bazar dəyəri isə 6 milyon avro təşkil edir.

Mourinhonun Alaba kimi təcrübəli bir oyunçuya yönəlməsi, Fenerbahçe-nin iddialı mövsüm planlarının göstəricisi kimi dəyərləndirilir.

Xeyrənsə Piriyeva

Seçilən
28
news24.az

1Mənbələr