AZ

“Qarabağ”ın sabiq futbolçusu “Turan Tovuz”a KEÇƏ BİLƏR

“Qarabağ”ın sabiq hücumçusu İbrahima Vadji yenidən Azərbaycanda çıxış edə bilər.

Bizim.Media xəbər verir ki, bir müddət əvvəl adı “Qarabağ”la birgə hallanan seneqallı hücumçu bu dəfə Premyer Liqanın başqa komandasının maraq dairəsindədir.
 

Bu ayın əvvəlində Fransanın “Sent-Etyen” klubundan ayrılaraq azad agent statusu alan 30 yaşlı forvardı “Turan Tovuz” heyətində görmək niyyətindədir. Avrokuboklara iddia edəcək kollektiv qurmağı planlaşdıran tovuzlular qol yollarında məhz Vadjiyə etibar etmək istəyir.


Hazırda futbolçu ilə danışıq aparılır.

Qeyd edək ki, İbrahima Vadji 2021-2022 mövsümündə “Qarabağ”ın formasını geyinib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
1
3
bizim.media

3Mənbələr