AZ

Ulduz futbolçu Mourinyonun təklifinə cavab verdi

"Liverpul"un ulduzu Federiko Kyeza “Fənərbaxça”nın transfer təklifinə cavab verib. Metbuat.az xəbər verir ki, məşqçi Joze Mourinyo futbolçunu “Fənərbaxça”ya dəvət edib. "Football Italia"nın məlumatına görə, Kyeza Mourinyonun dəvətini rədd edib. Futbolçunun 2026-cı il dünya çempionatından əvvəl müntəzəm olaraq oynaya biləcəyi bir İtaliya klubuna keçmək niyyətində olduğu bildirilir.

Qeyd edək ki, ötən mövsüm 15 milyon avroya "Yuventus"dan "Liverpul"a keçən Federiko Kyeza İngiltərə klubunda gözləntiləri doğrultmayıb.

Seçilən
11
metbuat.az

1Mənbələr