Bakı. Trend:
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) informasiyatəhlükəsizliyi və kibertəhlükəsizlik istiqamətində əməkdaşlıqlarındaha da genişləndirilməsi, eləcə də kiber klubların fəaliyyətinədəstək göstərilməsi planlaşdırılır.
Trend xəbərverir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA)İdarə Heyətinin sədri Fərid Osmanov Azərbaycan KibertəhlükəsizlikMərkəzinin növbəti məzun günündə çıxışı zamanı deyib.
O bildirib ki, rəqəmsallaşan dünyada artıq gündəlik həyatın,demək olar ki, hər anında rəqəmsal sistemlərdən istifadə edilir —mobil telefonlar, naviqasiya proqramları, ödəniş sistemləri vəmüxtəlif platformalar bu prosesin ayrılmaz hissəsinə çevrilib: "Butexnologiyaların həyatımıza daxil olması gündəlik işlərimizi daharahat və səmərəli edir, vaxt və resurslarımızın idarə olunmasındamühüm rol oynayır. Lakin rəqəmsal inkişafın gətirdiyi buüstünlüklərlə yanaşı, müəyyən risk və təhlükələr də meydana çıxır.Məhz buna görə də dövlət qurumlarının, özəl sektorun və fərdiistifadəçilərin rəqəmsal transformasiyanın davamlı və təhlükəsizşəkildə reallaşması üçün kibertəhlükəsizlik məsələlərinə xüsusiönəm verməsi son dərəcə vacibdir".
Hazırda Azərbaycanda kibertəhlükəsizliyin gücləndirilməsiistiqamətində genişmiqyaslı tədbirlər həyata keçirildiyinivurğulayan sədr 2023-cü il avqustun 28-də Prezident İlham Əliyevtərəfindən təsdiqlənən “Azərbaycan Respublikasının informasiyatəhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçünStrategiyası”nın tədbirlər planında informasiya təhlükəsizliyiriskləri reyestrinin yaradılması, insidentlərin monitorinqi, süniintellektin tətbiq sahələrinin genişləndirilməsi və fərdiməlumatların qorunması kimi vacib istiqamətlərin yer aldığınıdiqqətə çatdırıb: "Strategiyada xüsusi diqqət yetirilən sahələrdənbiri də ixtisaslı kadr potensialının inkişafıdır. Bundan əlavə,cari ilin yanvar ayında təsdiqlənən Rəqəmsal İnkişaf Konsepsiyasıçərçivəsində də rəqəmsal cəmiyyətə keçid və rəqəmsal inkişafıntəmin olunması məqsədilə kadr potensialının gücləndirilməsiistiqamətində bir sıra tədbirlərin həyata keçirilməsiplanlaşdırılır. Bu çərçivədə əhalinin rəqəmsal savadlılığının vəkiberməlumatlılığının artırılması, müasir İKT sahəsində peşəkarmütəxəssislərin hazırlanması, müxtəlif təlim proqramlarınıntəşkili, həmçinin dövlət və özəl sektor arasında əməkdaşlıq yoluilə kadr potensialının inkişaf etdirilməsi nəzərdə tutulur".
F. Osmanov xatırladıb ki, 2023-cü ildə Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi,İsrailin "Technion" Texnologiya İnstitutunun birgə əməkdaşlığı vəPASHA Holding-in dəstəyi ilə təsis edilən AzərbaycanKibertəhlükəsizlik Mərkəzi də qeyd edilən istiqamətlərin inkişafınatöhfə verən işlərini davam etdirir: "Mərkəz, həmçinin “CyberCollab”layihəsi çərçivəsində dövlət qurumları və özəl sektorun İKT üzrərəhbər şəxsləri üçün süni intellekt və kibertəhüləsizlik mövzusundatəlimlər keçirir. Bu təlimlərin önəmi çox böyükdür. Bəzi beynəlxalqaraşdırmalara görə, artan kibertəhdidlərin bir çoxu məhz süniintellekt vasitəsilə yaradılır və bu texnologiyanınxüsusiyyətlərinə dərindən bələd olmaq kibertəhlükəsizlikekspertləri üçün olduqca əhəmiyyətlidir".
Bu gün Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin 5-ci dalğasıüzrə 100 tələbənin məzun olduğunu bildirən sədr onlardan 20 nəfərin"Red team", 40 nəfərin "Blue team" və 40 nəfərin "Purple team"məzunları olduğunu qeyd edib: "Onu da xüsusi ilə vurğulamaqistərdim ki, Purple team təlimləri ölkədə ilk dəfə məhz AzərbaycanKibertəhlükəsizlik Mərkəzində baş tutub. Bu ilin oktyabr ayındanövbəti 40 nəfər mütəxəssis üçün sözügedən təlimlərplanlaşdırılır.
Məzunlarımıza tədris boyunca “Technion”un peşəkər müəllim heyətitərəfindən həm nəzəri, həm də praktiki biliklər aşılandı. 5-cidalğa çərçivəsində müxtəlif növ master-klasslar, yarışlar vəhakatonlar keçirildi. Bütün bu tədbirlər tələbələrəkibertəhlükəsizlik sahəsində praktiki bacarıqlar əldə etmək,analitik və tənqidi düşünmə qabiliyyətlərini inkişaf etdirmək,komanda ilə işləməyi öyrənmək, peşəkar şəbəkə qurmaq baxımındanmühüm töhfə vermiş oldu.
Qeyd edim ki, Mərkəz bugünədək 380 məzun yetişdirib, hazırda isə60 yeni tələbə təlimlərə başlayıb".
Mərkəzdən məzun olan gənclərin uğurla iş tapıdığını və peşəkarfəaliyyətə başladığını vurğulayan sədr qeyd edib ki, tələbələrinəmək bazarına daha yaxşı hazırlaşmaları üçün Mərkəzdə insanresursları mütəxəssisləri tərəfindən karyera inkişafı yönündətəlimlər təşkil olunur və onların iş mühitinə inteqrasiyası təşviqedilir: "Eyni zamanda, tələbələrin real iş proseslərini yaxındantanımaları üçün müxtəlif müəssisələrə ziyarətlər təşkil olunur. Bukimi addımların nəticəsi olaraq, ilk 4 dalğa üzrə məzunların 74%-isahələrinə uyğun şəkildə işlə təmin olunub. Onlar hazırda həm özəl,həm də dövlət sektorlarında müxtəlif vəzifələrdə fəaliyyətgöstərirlər. İlk dəfədir ki, 5-ci dalğa tələbələrin 28 faizi tədrismüddətinin 5-ci ayında artıq iş təklifləri alıb. Bu da onu göstərirki, tədris tamamlanmamışdan əvvəl tələbələrin təxminən 30 faiziəmək bazarına uğurla daxil olub".
F. Osmanov bildirib ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi buistiqamətdə “Beyin Mərkəzi” layihəsi çərçivəsində peşə və alitəhsil müəssisələri ilə əməkdaşlığa başlayıb: "Layihənin əsasməqsədi ölkədə kibertəhlükəsizlik sahəsində insan kapitalınıgücləndirmək, gənclərin həm nəzəri biliklərini, həm də praktikibacarıqlarını artırmaqdır.
Artıq bu istiqamətdə mühüm addımlar atılıb: iki yeni fənnmüvafiq tədris proqramlarına əlavə olunub, tələbələr üçünseminarlar, təlimlər və vörkşoplar təşkil edilib.
Bu çərçivədə bir sıra peşə və ali təhsil müəssisələri iləəməkdaşlıq uğurla davam etdirilir. Məsələn, Azərbaycan TexnikiUniversitetinin SABAH qruplarının magistr tələbələrinə “RəqəmsalEkspertiza” fənni tədris olunur. Sənaye və İnnovasiyalar üzrə BakıPeşə Təhsili Mərkəzinin tələbələrinə isə kibertəhlükəsizlikfənninin əsasları öyrədilir. Azərbaycan Dövlət Neft və SənayeUniversiteti ilə əldə edilən razılaşmaya əsasən 2025-2026-cı tədrisilindən etibarən informasiya təhlükəsizliyi fənninin tədrisi həyatakeçiriləcəkdir. Mingəçevir Dövlət Universiteti ilə razılaşdırılmışformatda isə Kibertəhlükəsizlik üzrə bir fənnin hibrid formadatədrisi planlaşdırılıb".
"Bundan əlavə, Milli Müdafiə Universiteti, Bakı MühəndislikUniversiteti ilə də əməkdaşlıq istiqamətləri üzrə praktikivörkşopların keçirilməsi, masterklassların təşkil olunması nəzərdətutulub.
Gələcək mərhələdə Bakı Ali Neft Məktəbi, Bakı DövlətUniversiteti, ADA Universiteti, İqtisad Universiteti, Memarlıq vəİnşaat Universiteti ilə informasiya təhlükəsizliyi vəkibertəhlükəsizlik istiqamətində əməkdaşlıqların daha dagenişləndirilməsi, eləcə də kiber klubların fəaliyyətinə dəstəkgöstərilməsi planlaşdırılır", - deyə sədr fikirlərinitamamlayıb.