AZ

“Neftçi”nin qadın futbolçulardan ibarət komandası Çempionlar Liqasında mübarizəyə başlayır

Bakı, 30 iyul, AZƏRTAC

“Neftçi”nin qadın futbolçulardan ibarət komandası bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq.

AZƏRTAC xəbər verir ki, “ağ-qaralar” dördüncü qrupda Türkiyənin “Fomget” kollektivi ilə qarşılaşacaq.

Albaniyanın paytaxtı Tiranadakı "House of Football Natural Pitch" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qarşılaşmanı isveçli referi Hanna Layanen idarə edəcək.

Qeyd edək ki, “Neftçi” Türkiyə klubunu məğlub edəcəyi halda finalda İsrail təmsilçisi "Kiryat"la üz-üzə gələcək. Bu görüşün qalibi II təsnifat mərhələsinə vəsiqə qazanacaq.

Seçilən
19
1
azertag.az

2Mənbələr