“Müharibədən ABŞ-a qaçan ukraynalıların münaqişə bitənə qədər ölkədə qalmasına icazə verəcəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.
"Ölkəmizdə Ukraynadan gələn çoxlu insan var. Biz onlarla işləyirik", - deyə o əlavə edib.
Qeyd edək ki, ABŞ-da Ukraynadan qaçan on minlərlə ukraynalı qaçqın yerləşdirilib.
2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra ABŞ hökuməti "Uniting for Ukraine" (U4U) adlı xüsusi proqram təqdim edib. Bu proqram çərçivəsində ukraynalı qaçqınlara 2 il müddətinə ölkədə yaşamaq və işləmək icazəsi verilir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta