AZ

ÇL: İkinci mərhələyə yekun vurulur

UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulur. 

Fanat.Az xəbər verir ki, bu gün 10 matç baş tutacaq. 

Gecəyə Azərbaycan çempionu “Qarabağ”ın oyunu ilə start veriləcək. Ötən həftə səfərdə böyük hesabla qalib gələn Qurban Qurbanovun komandası İrlandiya "Şelburn"u ilə formal matça çıxacaq. 

"Malmö", "Zalsburq" və "Lex" də ilk görüşdə böyük üstünlük əldə etdikləri üçün bu günkü görüşlərdə favorit sayılırlar.

Qeyd edək ki, "Qarabağ" "Şelburn" səddini keçəcəyi halda, 3-cü təsnifat mərhələsində FCSB (Rumıniya) – "Şkendiya" (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq. Potensial rəqiblərin ötən həftə baş tutan görüşündə "Şkendiya" minimal hesabla üstün olub.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunları
30 iyul

20.00. Qarabağ (AZƏRBAYCAN) - Şelburn (İrlandiya)
İlk oyun - 3:0.

21.00. Malmö (İsveç) - RFS (Latviya) 
İlk oyun –  4:1.

21.30. FCSB (Rumıniya) – Şkendiya (Şimali Makedoniya) 
İlk oyun - 0:1.

21.30. Ludoqorets (Bolqarıstan) - Riyeka (Xorvatiya) 
İlk oyun – 0:0.

22.00. Ferentsvaroş (Macarıstan) - Noa (Ermənistan) 
İlk oyun – 2:1.

22.00. Makkabi (Təl-Əviv, İsrail) – Pafos (Kipr) 
İlk oyun - 1:1.

22.00. Panatinaikos (Yunanıstan) - Reyncers (Şotlandiya) 
İlk oyun – 0:2.

22.30. Breydablik (İslandiya) – Lex (Polşa) 
İlk oyun - 1:7.

22.45. Zalsburq (Avstriya) - Brann (Norveç) 
İlk oyun - 4:1. 

23.00. Servett (İsveçrə) - Viktoriya (Plzen, Çexiya) 
İlk oyun - 1:0.
 

Seçilən
6
7
fanat.az

10Mənbələr