İspaniya millisinin hücumçusu Alvaro Morata boykot qərarı verib və "Qalatasaray"ın məşqinə gəlməyib.
Publika.az xəbər verir ki, futbolçu hazırda icarə əsasında çıxış etdiyi klubdan onu “Komo”ya transfer etməyi tələb edir.
"Qalatasaray" isə öz növbəsində forvardın gedişi üçün İtaliya klubundan 6 milyon avro tələb edir.
Xatırladaq ki, Morata "Milan"a məxsusdur. Onun türklərlə icarə müqaviləsi 2026-cı ilin yanvarına qədərdir.