Kiyev, 30 iyul, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ukraynalı qaçqınlara müharibənin sonunadək Birləşmiş Ştatlarda qalmağa icazə veriləcək.
AZƏRTAC bu barədə “Kyiv Post” nəşrinə istinadla xəbər verir.
Donald Tramp jurnalistlərə deyib: “Belə də edəcəyik. Ölkəmizdə Ukraynadan gəlmiş çoxlu insan var və biz onlarla işləyirik”.
Qeyd edək ki, Tramp hakimiyyətə gəldikdən sonra əvvəlki administrasiyanın təşəbbüsü ilə həyata keçirilən proqramlar çərçivəsində ABŞ-da yaşamaq icazəsi almış şəxslər də daxil olmaqla, miqrantlara qarşı immiqrasiyaya siyasətini sərtləşdirir.
Belə ki, yanvar ayından Tramp administrasiyası Baydenin prezidentliyi dövründə yaradılmış humanitar səbəblərə görə şərti, vaxtından əvvəl azadetmə proqramlarını aktiv şəkildə nəzərdən keçirir və bəzi hallarda isə onlara xitam vermək üçün addımlar atır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev