Ceyms Traffordun "Mançester Siti"yə gəlişindən sonra Pep Qvardiola tarixdə ilk 2 milyard avro xərclənən baş məşqçi olub.

Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssis burada şəksiz liderdir.

Pepin karyerasına nəzər yetirsək, o, 4 il "Barselona"nı, 3 il "Bavariya"nı çalışdırıb. O, hazırda isə 9 mövsümdür "Mançester Siti"də işləyir.

Qvardioladan sonra isə "Atletiko"nu çalışdıran Dieqo Simeone gəlir. Onun dövründə 1.3 milyard avro pul xərclənib.

Ən çox xərcləyən baş məşqçilərin ilk beşliyi belədir:

1. Pep Qvardiola - 2 milyard

2. Dieqo Simeone - 1.3 milyard

3. Massimiliano Alleqri - 1.2 milyard

4. Tomas Tuxel - 1.19 milyard

5. Antonio Konte - 1.16 milyard