AZ

Milli Kitabxanada Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

Bakı, 30 iyul, AZƏRTAC

Milli Kitabxanada “30 iyul - Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü” adlı virtual kitab sərgisi onlayn rejimdə istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə rəsmi sənədlər, fotolar, insan alverinə qarşı mübarizə tədbirləri, insan alverinə qarşı mübarizə sahəsində Azərbaycan təcrübəsi, insan alveri qurbanlarının dövlət tərəfindən müdafiəsi, insan alverinə qarşı mübarizəyə dair normativ-hüquqi aktlar və s. mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan materiallar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Umumdunya_Insan_alverine_qarsi_Mubarize_Gunu/index.htm linkindən istifadə edə bilərlər.

Seçilən
65
azertag.az

1Mənbələr