AZ

Ərdoğan Təhlükəsizlik Şurasının iclasını çağırdı - Azərbaycan müzakirə olunacaq

Türkiyə Milli Təhlükəsizlik Şurası bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplanacaq.

Teleqraf xəbər verir ki, iclasda Azərbaycan və Ermənistan arasında baş verən son proseslər də müzakirə ediləcək.

İlin dördüncü şura iclasının ən mühüm gündəm maddəsi “Terrorsuz Türkiyə” prosesi çərçivəsində atılan növbəti addımlar olacaq. PKK terror təşkilatının tərksilah edilməsinin ardından bölgədəki son hadisələr və parlamentdə yaradılacaq komissiya araşdırılacaq.

Şura PKK-nın Suriya qanadı YPG-nin (SDQ) Suriya ordusuna inteqrasiyasını müzakirə edəcək. Mart ayında yeni hökumətlə SDQ arasında imzalanmış sazişin yerinə yetirilməməsi nəticəsində yarana biləcək potensial təhlükəsizlik riskləri qiymətləndiriləcək.

İsrailin Suriyaya hücumunun regional tarazlığa təsirinin ətraflı müzakirə ediləcəyi gözlənilir. Qurumun gündəmindəki digər bir məsələ İsrailin Qəzza zolağı və İrana hücumları olacaq.

Türkiyədə meşə yanğınları ilə bağlı müzakirələrin aparılacağı gözlənilən toplantıda Rusiya-Ukrayna müharibəsi və Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında gərginliyin fasilələrlə artmasına da toxunulacağı gözlənilir.
Seçilən
15
sherg.az

1Mənbələr