AZ

Ceyms Trafford yenidən “Mançester Siti”də!

İngiltərənin “Börnli” komandasının 22 yaşlı qapıçısı Ceyms Trafford bundan sonra “Mançester Siti”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Mançester Siti”nin rəsmi saytına istinadən xəbər verir.

İngilis qolkiper yeni klubu ilə 5 illik (2030-cu ilin yayınadək) müqavilə imzalayıb. “Mançester Siti” bu keçidə görə “Börnli”yə 31,2 milyon avro ödəyib.

Xatırladaq ki, Ceyms Trafford məhz “Mançester Siti”nin yetirməsidir. O, vaxtilə bu klubun sıralarında olarkən “Bolton”, “Akkrinqton” kimi klublara icarəyə verilib və “şəhərlilər”in əsas komandasında debüt imkanı qazanmayıb. “Börnli” Traffordu 2023-cü ilin yayında “Mançester Siti”dən 17,3 milyon avro müqabilində transfer etmişdi.

Trafford “Börnli”nin heyətində 73 oyuna çıxıb, 78 qol buraxıb, 31 matçda qapısını toxunulmaz saxlayıb.

İngilis qolkiper ölkəsinin U-16, U-17, U-18, U-20 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı qapıçının transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
34
arena.az

1Mənbələr