BAKI, 30 iyul. TELEQRAF
Ermənistanda 2022-ci ildə Baş nazir Nikol Paşinyanın korteji tərəfindən vurularaq ölən hamilə qadın, 29 yaşlı Sona Mnatsakanyanın işi üzrə məhkəmə qərar verib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilir ki, hadisə zamanı sükan arxasında olan Aram Navasardyan təqsirli bilinib.
Onun barəsindəki ölkədən çıxış qadağası dəyişdirilmədən qüvvədə saxlanılıb.
Qeyd edilir ki, cəzanın növü isə əlavə məhkəmə iclasında müəyyən olunacaq.