AZ

Torosyan: “Rusiya bütün agentlərini meydana atıb”

“Ermənistanın siyasi spektrinin böyük bir hissəsi artıq bir neçə ildir ki, ağzı köpüklənə-köpüklənə 10 noyabr bəyanatına istinad edir. “Rusiya dəhlizi”nin təmin edilməsinin qaçılmaz olduğunu, nə qədər tez etsək, bir o qədər yaxşı olduğunu iddia edirlər”.

Tribunainfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Arsen Torosyan deyib.

Onun sözlərinə görə, son 4 il subut edib ki, Ermənistanda kim rusların, kim isə dövlətin tərəfindədir. “Bizim bəyan etdiyimiz prinsiplərdən: ərazi bütövlüyü, suverenlik, yurisdiksiya, qarşılıqlılıq prinsiplərindən heç bir sapma olmayacaq”.

Torosyan onu da deyib ki, hal hazırda rus agentləri “Amerika dəhlizi” ilə mübarizə aparır. “Rusiya bütün agentlərini meydana atıb. Bütün bunlar əslində kimin ekstraterritorial dəhliz vermək və kimə vermək istədiyini bir daha sübut edir”.

Fərda Uğur

Seçilən
0
tribunainfo.az

1Mənbələr