Ajans.az xəbər verir ki, Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin (USQ) müdafiəsini yararaq Kupyanskın şimalında mövqe tuta bilib. Bu barədə Luqansk Xalq Respublikasının (LXR) Xalq Milisinin ehtiyatda olan polkovnik-leytenantı Andrey Maroçko özünün Telegram kanalında məlumat verib. “Manevr xarakterli hərəkətlər nəticəsində ön cəbhədəki bölmələrimiz düşmənin müdafiəsini yara bildi və irəliləyərək Kupyansk şəhərinin şimal kənarında yerləşən Miçurin küçəsində möhkəmləndilər,” – deyə o bildirib. Ehtiyatda olan hərbçinin sözlərinə görə, Ukrayna qoşunları şiddətli müqavimət göstərir və Rusiya ordusunun bölmələrini şəhərdən çıxarmağa çalışır. O əlavə edib ki, Ukrayna əsgərləri hərəkətlərdə uyğunsuzluq və ərazini tanımadıqları üçün Oskol çayı sahilində öz mina sahələrinə düşərək partlayıblar. Daha əvvəl isə bildirilib ki, Xarkov vilayətinin Moskovka yaşayış məntəqəsi Rusiya tərəfindən ələ keçirildikdən sonra, Rusiya qoşunları Kupyanskı şimal-qərbdən mühasirəyə almağa başlayı