AZ

Norveç şirkəti Azərbaycan bazarından çıxır

Norveçin "Equinor" şirkətinin Azərbaycandakı nümayəndəliyi olan "Equinor Azerbaijan Karabagh BV"nin ləğv olunduğunu elan edib.

Valyuta.az xəbər verir ki, şirkətdən verilən məlumata görə, ləğv prosesi ilə əlaqədar kreditorların iki ay müddətində müraciətləri qəbul olunacaq.

Bunun üçün onlar Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi 62 ünvanında yerləşən "Marine Plaza" binasının 16-cı mərtəbəsinə müraciət edə bilərlər.

Qey edək ki, "Equinor" 2018-ci ildən Azərbaycanda dövlət qeydiyyatına alınıb və Xəzər dənizinin Azərbaycan sektorunda neft quyularının qazılması üzrə fəaliyyət göstərib. Şirkətin qanuni təmsilçisi Marina Sergushevadır.

Mayya Hüseynova

Seçilən
21
valyuta.az

1Mənbələr