AZ

Moldovada seçki təşvişi

Moldovada payızda keçiriləcək seçkilərlə bağlı təşviş yaşanır.

Herbiand.az Moldova mənbələrinə istinadən xəbər verir ki, Prezident Maya Sandu sentyabrın 28-də keçiriləcək parlament seçkilərinə xaricdən müdaxilə təhdidini müzakirə etmək üçün çərşənbə günü Ali Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Görüş zamanı şura üzvləri informasiya manipulyasiyasına və seçki prosesinə xarici müdaxilələrə qarşı mübarizə tədbirlərini müzakirə edəcəklər.
Qeyd olunub ki, görüşdən sonra Sandu mətbuat konfransı keçirəcək və burada təfərrüatları təqdim edəcək.

Seçilən
33
herbiand.az

1Mənbələr