Bakı. Trend:
Kuril adalarında güclü zəlzələdən sonra baş vermiş üçüncü sunamidalğası şəhər limanını və balıq emalı üzrə müəssisəni su altındaqoyub.
Trend xəbər verirki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
İlkin məlumata görəƏ, zəlzələ və üç sunami dalğası nəticəsindəzərərçəkən olmayıb və hər hansı dağıntı qeydə alınmayıb.Şimal-Kuril rayonunda yeraltı təkanlar və sunamilərdən sonrafövqəladə vəziyyət elan olunub. Ümumilikdə bölgədə 3 minə yaxıninsanın təhlükəsiz ərazilərə təxliyə olunduğu bildirilir.
Qeyd edək ki, 3 sunami dalğasına yol açmış 8,7 bal gücündəzəlzələ iyulun 30-da Kamçatkada baş verib. Rusiya ElmlərAkademiyasına görə bu regionda ötən əsrin yarısından bəri qeydəalınmış ən güclü yeraltı təkanlar olub.